418981146 701367018766104 4556484998324843445 n

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə vətəndaşlarla görüşüb.

Globalinfo.az bildirir ki, görüşdə millət vəkili Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Niyazi Bayramov bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək, onları həll etmək, əhalinin rahatlığının təminatına və rifahının yaxşılaşdırılmasına xidmət etməkdən ibarətdir.

Görüşdə iştirak edən şəhər sakinlər onları narahat edən məsələləri gündəmə gətiriblər. Səsləndirilən müraciətlərdə işlə təminat, mənzil növbəliliyi, fərdi yaşayış evinə su xəttinin çəkilişi, məktəbin yaxınlığında işıqforun quraşdırılması və digər məsələlər üstünlük təşkil edib.

Niyazi Bayramov vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. Digər məsələlərlə bağlı müraciətlər qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.

Vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

419018915 701366945432778 8536248622508953547 n 419001444 701367252099414 8321736745451609104 n 418977231 701367448766061 3356314559696820246 n 418971958 701367158766090 2804349054439753482 n 418964674 701366968766109 89966676385253996 n 418962678 701367382099401 6107645149894978376 n 418961849 701367492099390 7088615841526449328 n 418961785 701367005432772 2646468856248585667 n 418961768 701367482099391 1098018127868641405 n 418955961 701367378766068 3765362038905826123 n 418953493 701367218766084 1248417915010159679 n 418948701 701366962099443 394779478120811772 n 418946040 701367348766071 4084220369129378038 n 418728990 701367242099415 6610526065211091001 n 418091536 701367025432770 8451272311370305390 n

Paylaş: