tttttttttttttttu

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərdə “Bakı Abadlıq Xidməti” MMC tərəfindən həyata keçirilən abadlıq-quruculuq, təmir-bərpa və yenidənqurma işlərinin gedişatı ilə mütəmadi olaraq yerində tanış olub. 

Globalinfo.az bildirir ki, əvvəlcə şəhər rəhbəri Gəncə Park-Bulvar Kompleksində görülən işlərə baxış keçirib.

Məlumat verilib ki, kompleksdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq tədbirləri planlaşdırılmış qrafikə uyğun davam etdirilir. Belə ki, Bayraq Meydanı ərazisində yenidənqurma işləri aparılır, meydanın ətrafına qranit plitələr döşənərək ərazi abadlaşdırılır. Velosiped zolağının alt qatının asfaltlanmasına başlanılıb və yaxın vaxtlarda zolaq standartlara uyğun şəkildə istifadəyə veriləcək.

Bununla yanaşı, işıqlandırma sisteminin infrastrukturu tam yenilənir. Köhnə kabellər yeni və təhlükəsiz xətlərlə əvəz olunur, işıqlandırma plafonları müasir tələblərə uyğunlaşdırılır. Bulvar boyunca məhəccərlərdəki zədələnmiş aqlay daşları bərpa edilib, piyadaların təhlükəsizliyi üçün nəzərdə tutulmuş tutacaqlar isə yenilənərək təmir olunub.

Qeyd olunub ki, ərazidə fəaliyyət göstərən və gələcəkdə fəaliyyət göstərəcək restoran və kafelərin şəhərin ümumi memarlıq üslubuna uyğunlaşdırılması, estetik görünüşünün yaxşılaşdırılması məqsədilə xüsusi dizayn layihələri də hazırlanıb.

Daha sonra Niyazi Bayramov Mirzə Şəfi Vazeh adına Parkda aparılan təmir işləri ilə tanış olub. Bildirilib ki, parkın əsas giriş hissəsi sökülərək yenidən layihələndirilir. Bu dəyişiklik parkın daxili hissəsinin daha geniş görünməsinə və ərazidə ucaldılmış abidənin daha aydın görünməsinə imkan yaradacaq.

Həmçinin parkda zədələnmiş tamet daşları bərpa olunur, elektrik və işıqlandırma xətləri tamamilə yenilənir, muzey binasının fasadı təmizlənərək ilkin görkəminə qaytarılır. Əraziyə yeni oturacaqlar yerləşdirilir və cari təmir işləri həyata keçirilir. Mirzə Şəfi Vazehin abidəsinin arxa fonundakı mozaik panonun bərpası üçün isə peşəkar mütəxəssislər cəlb olunub.

Eyni zamanda, şəhərin daha bir tarixi məkanında-Dəmiryol Vağzalı binasının fasadındakı iri mozaik pano da uğurla bərpa edilib.

Şəhər rəhbəri daha sonra “Abad Məhəllə” layihəsi çərçivəsində abadlaşdırılan həyətlərdən birində görülən işlərlə tanış olub. Bildirilib ki, ərazidə qanunsuz tikilmiş qarajlar və sakinlər tərəfindən icazəsiz inşa edilmiş mərasim evləri sökülüb, digər qanunsuz tikililərin də mərhələli şəkildə sökülməsi nəzərdə tutulur.

Sökülmüş qeyri-qanuni tikililərin yerində müasir park salınacaq, futbol meydançası, uşaqlar və gənclər üçün əyləncə, habelə idman meydançaları yaradılacaq. Eyni zamanda yaşayış binalarının fasadları qismən təmir olunur, həyətyanı yollar asfaltlanır, bordürlər yenilənir və tamet döşənir. Layihənin yekun mərhələsində ərazidə geniş yaşıllıq zolaqlarının salınması nəzərdə tutulur.

Niyazi Bayramov görülən işlərlə tanış olduqdan sonra aidiyyəti qurumlara müvafiq tapşırıq və tövsiyələrini verib.

Baxış zamanı şəhər rəhbəri bir sıra ərazilərdə qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərlə də maarifləndirici söhbət aparıb, ictimai yerlərin zəbt edilməsinin yolverilməz olduğunu diqqətə çatdırıb və qanunsuz ticarətin dayandırılması istiqamətində müvafiq tədbirlərin görülməsini tapşırıb.

Qeyd edək ki, Gəncə şəhərində həyata keçirilən abadlıq-quruculuq, təmir-bərpa və yenidənqurma işləri şəhər rəhbərliyinin daim nəzarətində saxlanılır.

4d3df6eb 237a 44c1 a1f1 fdad22e4cd3c1
c5279024 2f3c 469d 8bb4 1dfe2e5253e21
84c55f30 2dd9 4390 bee2 2578be9286e91
bf445b4d d6d8 44ca a279 c364e29894351
9b74823c a8bd 48a5 8e99 ca50c339e8881
a869d725 5df4 4e09 b92e 82a3b51822d41
2bf1cc0e 8c0f 4976 b743 717bfc59ec811
8f9ce23c 01e4 4fb2 8ab0 595a6a2df86c1
e5d57099 0a3f 4e20 99d9 b9dde0cbb7021
9b190d3f 391b 4f4c a8a9 270ebce1fb2e1
447293d0 e595 4982 976d e3a9493f7e261
822a08fc ba19 45b4 ad6f a97a8ca15c491
a77fc9ab 62a6 47cf a5bb 1fa9d9ff67a31
2d9106e0 74fc 43d3 a47f 398fd35457f41
06b75fcf 89a5 46b0 84a9 deff221ad3b91

Paylaş: