u88

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə Qızmeydan kəndi ərazisində olub.

Belə ki, hərəkətdə olan “Niva” markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

Hadisə zamanı 1956-cı il təvəllüdlü Şövkət Aslanova ölüb, sürücü, 1951-ci il təvəllüdlü Mətləb Aslanov isə ağır bədən xəsarətləri alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verib.

Vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ 2121” Niva markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində yol-nəqliyyat qəzasının baş verdiyi və sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1951-ci il təvəllüdlü Aslanov Mətləb İsmayıl oğlu və sərnişin, 1956-cı il təvəllüdlü Aslanova Şövkət Qasım qızının meyiti dərədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

AZƏRTAC-ın məlumatına görə, vəfat edən Ş.Aslanovanın həyat yoldaşı, 1951-ci il təvəllüdlü Mətləb Aslanov Şamaxı Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

f65631b9 ef1c 4b61 b4d2 01fb13cebb6d

Paylaş: