“Nikosayağı”nın törətdiyi qəzanın oxşarı təkrarlandı: eyni küçə… – VİDEO

Paytaxtın Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.

Belə ki, “Toyota Prius” markalı minik avtomobili TIR-la toqquşub.

Hadisə nəticədə hər iki avtomobilə ziyan dəyib, nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Oxu.az xatırladıb ki “Nikosayağı” kimi tanınan bloqer Nicat Şakirlinin düşdüyü qəza da eyni küçədə baş vermişdi. Nicat da öz avtomobili ilə eyni yerdə TIR-a çırpılmışdı.

Həmin görüntüləri təqdim edirik: