“Nikosayağı” ilə Ruslanın ailəsi arasında dava düşüb? – Açıqlama

“Nicat və Ruslanın ailələri arasında mübahisə düşməsi haqqında yayılan məlumat yalandır. Bunlara inanmayın”.

Globalinfo.az bildirir ki, bu sözləri “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin dostu, rəqqas Ramil Qasımov sosial şəbəkədə bildirib.

O həmçinin deyib ki, Nicat Şakirlinin vəziyyəti stabildir və palataya köçürüləndə yanına gedəcək.

Qeyd edək ki, Bakıda, Nizami rayonu, Heydər Əliyev prospektində Nicat Şakirlinin idarə etdiyi “Porşe” markalı avtomobil qarşıda gedən “Scania” markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində avtomobili idarə edən Nicat Şakirlinin sərnişini – Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Ruslan Şahin oğlu Məmmədov hadisə yerində həyatını itirib. “Nikosayağı”nın isə sağ qolu amputasiya olunub.