Nəqliyyat ekspertindən “Nikosayağı”nın düşdüyü qəzaya REAKSİYA

“Niko”nun qayda pozuntularını mətbuatda yaydıq, tənqid elədik, lakin əhəmiyyət vermədi”.

Globalinfo.az xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.

O bildirib ki, DYP cərimə yazıb, buna baxmayaraq, xeyri olmayıb:

“Nəhayət, nəticə özünü göstərdi. Günahkar Nicat özüdür. Videoya baxdım. Yüksək sürət və sərt manevr bu qəzada əsas səbəbdir. Tanınmış adamlar da qəzaya düşür, ölür, yaralanır, qolunu, sağlamlığını itirir”.

Qeyd edək ki, sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirli qəzaya düşüb. Onun bir qolu dirsəkdən amputasiya edilib.

Əliyar Xəlil
Globalinfo.az