Nikolay Denkov istefa verəcək

Bolqarıstan Baş naziri Nikolay Denkov razılaşdırılmış rotasiyaya uyğun olaraq martın 6-da istefa vermək niyyətində olduğunu təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, Nikolay Denkov bunu Münxen Təhlükəsizlik Konfransından sonra keçirilən brifinqdə bildirib.

Nikolay Denkov deyib ki, 6 martda istefa verdikdən sonra növbəti qərarın qəbuluna qədər Konstitusiyaya uyğun olaraq hökumət fəaliyyətini davam etdirəcək. Nikolay Denkov yeni hökumətdə xarici işlər nazirinin kim olacağının hələ müəyyənləşmədiyini söyləyib.

Qeyd edək ki, Nikolay Denkov 6 iyun 2023-cü ildə Bolqarıstanın Baş naziri seçilib.