“Nikol Tayvan məsələsini 1 dəqiqəyə həll edər” – Varosyan

“Tayvan məsələsini 1 dəqiqəyə həll edə bilən yeganə şəxs Nikol Paşinyandır”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri erməni hüquqşünas Yervand Varosyan deyib.

“O, Tayvanın lideri olur, Tayvanın Çin Xalq Respublikası olduğunu bəyan edir, vəssalam. Yaxud Çin Xalq Respublikasının prezidenti olur və Tayvanın müstəqilliyini yerindəcə tanıyır. 70 ildir ki, onlar boş yerə mübarizə aparırlar…”-deyə, Varosyan deyib.

Safura Bənnayeva
Globalinfo.az