Nikol radikal qərara hazırlaşır – Kreml təzyiqə başladı

İrəvanın Zvartnots hava limanından rus sərhədçilərin çıxarılması ilə bağlı Rusiya tərəfinə müraciətdən sonra Ermənistandakı Rusiya bazasının bağlanması məsələsi gündəmə gəlib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, erməni mediası hökumət nümayəndələrinin artıq 102-ci bazanın Ermənistandan çıxarılmasının vaxtı çatdığı barədə müzakirə apardıqları məlumatını yayıb.

Ermənistan parlamentinin sabiq deputatı Naira Zöhrabyan da rus sərhədçilərin çıxarılmasının ardınca 102-ci bazanın bağlanmasının hədəfləndiyini açıqlayıb. Onun fikrincə, Paşinyan bu addımı atacaq, ancaq Rusiyanın da cavabı olacaq.

O, artıq Rusiyanın müəyyən cavab tədbirləri gördüyünü də bildirib:

“Artıq bir neçə gündür ki, Larsda vəziyyət kifayət qədər gərgindir: Rusiya tərəfi bəzi maşınları buraxır, bəzilərinə süni maneələr yaradılır və bu yanaşmalar daha da sərtləşəcək”.

Zöhrabyan Rusiyanın əlində ciddi iqtisadi təsir vasitələri olduğunu, Rusiyada 3 milyondan çox erməni yaşadığını da xatırladıb.