Nikol Paşinyan Brüsselə öz oyuncağını aparmadı – Qazaryan

“Nikol Paşinyan Brüsseldə keçirilən ilk Nüvə Enerjisi Sammitində çıxışı zamanı Ermənistanın xəritəsini xatırladan oyuncağı göstərməyib və çıxışında həmin ölkənin baş naziri olduğunu deməyib”.

Globalinfo.az xəbər verir ki, bunu erməni ictimai və siyasi xadim Edqar Qazaryan deyib.

O, Ermənistan Baş naziri Nikol Paşinyanı ənənəni pozmaqda günahlandırıb.

“Paşinyan martın 12-də başlatdığı ənənəni kobud şəkildə pozdu. Bu günə qədər bütün çıxışlarında əlində oyuncaq xəritəsi ilə dayanırdı” – Qazaryan qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az