Politoloq: Brüssel görüşü Rusiyanın bölgədə hegemonluğunu azaltmaq baxımından faydalıdır

“Brüssel formatı Azərbaycanla Ermənistan arasında sülhü yaxınlaşdırmasa da, Rusiyanın bölgədə hegemonluğunu azaltmaq baxımından faydalıdır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Azərbaycan və Ermənistan arasında keçirlən Brüssel görüşləri haqda qeyd edib.

“Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlamalarının birində Brüsselin vasitəçiliyini sətiraltı tənqid etmişdi. Ancaq Paşinyan bu tənqidinə rəğmən, Brüssel formatından imtina etmək istəmir. Çünki o da anlayır ki, Ermənistanla Azərbaycan arasında nə zamansa sülh sazişi imzalansa, Cənubi Qafqazın inkişafını təmin edəcək istiqamətlərdən biri Avropa Birliyi ilə sıx inteqrasiya olacaq”, – o bildirib.

Turan Rzayev
Globalinfo.az