Nigerdən Fransaya SƏRT MESAJ: “Bizə təzminat ödəyəcək”

Niger hərbi rejiminin başçısı general Abdurahman Çiani ölkənin təbii sərvətlərinin yüz ildən artıq müddətdə müstəmləkə və neokolonial yolla talanmasına görə, Fransadan təzminat tələb edib.

Globalinfo.az xəbər verir ki, Çiani Nigerin öz suverenliyini tam bərpa etmək niyyətində olduğunu deyib:

“Fransa müstəmləkə və neokolonial idarəçilik dövründə bizim resurslarımızı talan edib. Bunun üçün bizə təzminat ödəyəcək. Fransızların bizə olan borclarını tam şəkildə ödəməsi üçün cədvəl tərtib edəcəyik. Biz öz suverenliyimizi tam bərpa etmək niyyətindəyik.”

Xatırladaq ki, 2023-cü ilin iyul ayının sonunda Nigerdə ​​prezident qvardiyasının bir qrup hərbi qulluqçusu qiyam qaldıraraq ölkə başçısı Məhəmməd Bazumu hakimiyyətdən uzaqlaşdırıb.

Əliyar Xəlil
Globalinfo.az