“AİD Group” adı ilə xaricdə təhsil xidmətləri göstərən Nigar Fərhad saxlanılıb.
Globalinfo.az xəbər verir ki, “Real Azərbaycan”ın əldə etdiyi məlumata görə, Nigar Fərhad Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata əsasən, onun xaricdə təhsil xidmətləri göstərmək adı altında çoxsaylı vətəndaşlardan pul aldığı, müxtəlif vədlər verdiyi, lakin həmin vədləri yerinə yetirmədiyi bildirilir. Hazırda məsələ ilə bağlı araşdırma aparıldığı qeyd olunur.
Qeyd edək ki, bir neçə gün əvvəl Nigar Fərhadın həyat yoldaşı Samir Yəhyazadə də cinayət məsuliyyətinə cəlb edilib. Onun Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirildiyi bildirilir.
Məhkəmənin qərarı ilə Samir Yəhyazadə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Hadisə ilə bağlı araşdırmanın nəticələri və Nigar Fərhadın hüquqi statusu barədə əlavə məlumat əldə olunduqca ictimaiyyətə məlumat veriləcək.