Tanınmış müğənni hücuma məruz qaldı – ANBAAN VİDEO

Müğənni Nigar Camalın avtomobilinə hücum edilib.

Globalinfo.az Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 16 radələrində “28 May” metrosuna yaxın ərazidəki yolda baş verib.

Belə ki, N.Camal avtomobili ilə hərəkət etdiyi zaman digər nəqliyyat vasitəsinin sürücüsü onun qarşısına keçib.

Daha sonra avtomobildən enən şəxs N.Camalın avtomobilinə yaxınlaşaraq, ondan pəncərəni açmağı tələb edib. Nigarın pəncərəni açmadığını görən şəxs onun avtomobilinin yan hissəsinə zərbələr endirib, güzgünü sındırıb. Nigar isə anbaan həmin hadisəni çəkərək sosial şəbəkədə yayımlayıb.

Baş verən hadisə həm sosial şəbəkədə, həm də cəmiyyətdə birmənalı qarşılanmayıb. Onlar Nigar Camalın avtomobilinə hücum edən şəxslə bağlı obyektiv araşdırma tələb ediblər.