Nəzakət Məmmədova casus ittihamı ilə həbs edildi – ŞOK

Özünü politoloq kimi təqdim edən Nəzakət Məmmədova həbs edilib.

Globalinfo.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, o, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

N.Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 274-cü ( dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 1 aylıq həbs qətimkan tədbiri seçilib.

***

Tanınmış politoloq Nəzakət Məmmədova saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə jurnalist, Criminal.az saytının rəhbəri Anar Məmmədov məlumat yayıb.

O bildirib ki, N.Məmmədova Rusiyaya casusluqda ittiham olunur.