Neymar razılaşdı: inanılmaz müqavilə şərtləri

Fransanın “Paris Saint-Germain” (PSJ) klubunun hücumçusu, dünyaca məşhur futbolçu Neymarın Səudiyyə Ərəbistanın “Əl-Hilal” klubuna transferi təsdiqlənib.

Globalinfo.az xəbər verir ki, Səudiyyə klubu futbolçunun transferi üçün PSJ ilə 90 milyon avro (98, 6 milyon dollar) qarşılığında razılığa gəlib.

Futbolçu yeni komandasında 10 nömrəli formanı geyinəcək.

Neymarın “Əl-Hilal”la digər razılaşmasının detalları da üzə çıxıb. Bildirilir ki, o, klubla 2 illik müqavilə imzalayıb. PSJ-də illik 25 milyon avro alan Neymar, “Əl-Hilalda” ildə 150 milyon avro qazanacaq.

Eyni zamanda futbolçuya şəxsi təyyarə, lüks malikanə və hər qələbəyə görə 80 min avro veriləcək.

Bundan başqa, ona Səudiyyə Ərəbistanının tanıtımı ilə bağlı sosial şəbəkədə paylaşılan hər hekayə başına 500 min avro ödəniləcək.

Ayşən Mustafa
Globalinfo.az