Azərbaycana qarşı təxribat hazırlanır – Cəmil Həsənli kritik rolda

“Netfliks”in “Cəzasız cinayət” adlı beynəlxalq bədii layihəsindəki Azərbaycanla bağlı bölüm haqda müzakirələr gedir. Layihədə Milli Şuranın fəxri sədri Cəmil Həsənlinin məsləhətçi kimi iştirakı nəzərdə tutulub. C.Həsənlinin hazırkı hakimiyyətə münasibəti səbəbindən layihədə obyektiv mövqe tutmayacağı haqda proqnozlar səsləndirilir.

Maraqlıdır, Azərbaycanın layihənin daha obyektiv alınması üçün hər hansı cəhdi, müdaxiləsi olacaqmı və bu cəhd nəticə verə bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan AĞ partiya başqanı Tural Abbaslı deyib ki, həmin layihənin sifarişi Qərbdən gəlib:

“Çünki bu, özəl şirkətdir və özbaşına qərar vermir. Qərb belə bir layihə üçün maliyyə ayırırsa, ssenarinin necə yazılması ilə bağlı qərarı da özləri verir.

Tural Abbaslı

Qərbin Azərbaycana hər zaman qərəzi olub. Bu prosesin birdən-birə dayanması ya da fərqli mövqe sərgilənməsini gözləmək sadəlövhlük olardı. Qərəzin səbəbi heç də demokratiya, insan haqları deyil. Burada erməni lobbisinin maraqları da var.

Hesab edirəm, atılan bu addıma veriləcək ən gözəl cavab daha yaxşı və keyfiyyətli layihə ortaya qoymaqdır. Bu işi isə Azərbaycan hakimiyyəti edə bilər”.

Turan Rzayev
Globalinfo.az