Netanyahu: “Sonuna qədər Qəzza uğrunda döyüşəcəyik”

“İsrail müharibədə bütün məqsədlərinə çatana qədər Qəzzada döyüşməyə davam edəcəyik”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

Baş nazir qeyd edib ki, Yaxın Şərq münaqişəsinin istənilən həlli yalnız tərəflər arasında ilkin şərt olmadan birbaşa dialoq yolu ilə mümkündür:

“İsrail müharibədə bütün məqsədlərinə nail olana qədər Qəzza zolağında döyüşməyə davam edəcək. Bizim hərbi təzyiqimiz işə yarayır. Qəzza zolağında geniş ərazilərə nəzarəti ələ almışıq. Bizi Rafahda əməliyyat keçirməkdən çəkindirənlər İsraili müharibədə uduzmağa meylləndirənlərdir”.

Əliyar Xəlil
Globalinfo.az