
İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfər edəcəyi tarix bəlli olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Times of İsrel” məlumat yayıb.
Səfərin mayın 8-də baş tutacağı açıqlanıb. Məlumata görə, Netanyahu səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizdəki yəhudi icmasının üzvləri ilə görüşəcək.
Nəşr yazır ki, Azərbaycan Beynəlxalq Cinayət (BMC) Məhkəməsinin üzvü olmadığı üçün Netanyahunun burada həbs təhlükəsi yoxdur.
Qeyd edək ki, BMC Qəzzada müharibə cinayətləri törətmə ittihamı ilə ötən ilin noyabrında Benyamin Netanyahunun həbsinə order verib.
Ayşən Mustafa
Globalinfo.az