israil ordusu

İsrailin Livanda yeni hücumları nəticəsində 31 nəfər həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

İsrail “Hizbullah”a qarşı əməliyyatlarını gücləndirdiyini bildirib.

Öz növbəsində, “Hizbullah” ölkənin şimalında İsrail qüvvələrinə qarşı bir sıra ölümcül dron hücumları həyata keçirib.

Qeyd edək ki, sözügedən hadisələr İsrail Baş naziri Benyamin Netanyahunun bu həftə “Hizbullah”a qarşı hücumların daha da artırılması əmrini açıqlayandan sonra baş verib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: