Netanyahunu sildik, lakin MİT İsraillə danışır – Ərdoğan

“Artıq İsrailin Baş naziri Benyamin Netanyahu bizim üçün həmsöhbət deyil, onu sildik”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Mən daha İsraillə birbaşa danışıqlar aparmıram. Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın bu istiqamətdə məşğul olur. Kalın paralel olaraq HƏMAS və Fələstinlə də danışıqlar aparır”, – Ərdoğan bildirib.

Ayşən Mustafa
Globalinfo.az