netanyahu nun telefonun kamerasini bantla 19506451 7423 amp

Rəsmi qurumların məlumatlarına əsasən, Benyamin Netanyahunun səhhətində heç bir problem yoxdur, o, martın 6-da Beer-Şeva şəhərinə səfər edib və Makronla telefonla danışıb.

“Xinhua” agentliyi də bölgədə hər hansı raket hücumu izlərinin qeydə alınmadığını açıqlayıb.

“The Jerusalem Post” qəzeti diqqətə çatdırır ki, hərbi əməliyyatlar dövründə verilən natamam məlumatlar, adətən, müxtəlif sui-qəsd nəzəriyyələrinin yaranmasına rəvac verir, ancaq mötəbər informasiya mənbələri Netanyahunun həyatını itirməsi və ya xəsarət alması barədə şayiələri qətiyyən təsdiq etmir. (Oxu.Az)

***11:47

İran mediasında İsrailin Baş naziri Benyamin Netanyahunun öldüyünə dair iddialar yayılıb.

Globalinfo.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, Netanyahunun son videosunun şəxsi kanalında paylaşılmasından təxminən üç gün, onun son görüntülərinin dərc olunmasından isə dörd gün keçib.

Həmçinin bir sıra İsrail mənbələri martın 8-də Netanyahunun evinin ətrafındakı təhlükəsizlik perimetrinin potensial hücumlara qarşı gücləndirildiyini bildirib.

İddia olunur ki, Trampın kürəkəni Cared Kuşner və ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun bu günə planlaşdırılan İsrailə səfərinin ləğvi də bununla bağlıdır.

Yelisey Sarayı da Fransa prezidenti Emmanuel MakronNetanyahu arasında baş tutduğu iddia etdiyi telefon danışığının tarixini göstərməyib.

Bütün bu iddialar onun ölməsi və ya yaralanması ilə bağlı fərziyyələri gücləndirib.

Paylaş: