İsrailin baş naziri Benyamin Netanyahunun hökuməti Qolan təpələrinin inkişafı planını təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisinin mətbuat xidməti məlumat yayıb.
Bu planın reallaşdırılması üçün 40 milyon şekel (11,1 milyon dollar) vəsait ayrılacaq.
Qeyd edilib ki, Baş nazir müharibəni və Suriyaya qarşı yeni cəbhəni nəzərə alaraq Qolandakı yaşayış məntəqələrində demoqrafik artımın stimullaşdırılmasını nəzərdə tutan proqramın birinci mərhələsini bu gün hökumətin təsdiqi üçün təqdim edib. Plan Nazirlər Kabinetində yekdil şəkildə qəbul edilib.
Təşəbbüsün məqsədi Qolan təpələrinin əhalisini iki dəfə artırmaqdır.
Qeyd edək ki, Qolan yüksəklikləri İsrail və Suriya arasında mübahisə mövzusudur.