Netanyahu yeni hərbi əməliyyatlara start verdi

Israel Prime Minister Benjamin Netanyahu addresses US Congress Washington DC July 24 2024

HƏMAS-ın atəşkəslə bağlı təklifləri yenidən rədd edib və bu səbəbdən hərbi əməliyyatlar daha gücləndiriləcək.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu televiziya müraciətində deyib.

Netanyahu qeyd edib ki, rədd edilən son təklif Qəzzada hələ də saxlanılan girovların yarısının azad edilməsinə və həyatını itirənlərin cəsədlərinin geri qaytarılmasına imkan verə bilərdi.

“Ordunun HƏMAS-a qarşı sərt tədbirlər görməsi və təzyiqləri artırması üçün tapşırıq verdim,” – deyə o bildirib.

Baş nazir həmçinin vurğulayıb ki, İsrail HƏMAS-ın Qəzzada hakimiyyətdə qalmasına imkan verməyəcək və müharibə qələbə ilə başa çatana qədər davam edəcək. Netanyahuya görə, HƏMAS yalnız atəşkəsin əldə olunmasını və öz hakimiyyətini qorumağı hədəfləyir, lakin İsrail bununla razılaşmayacaq.

“Hazırda kampaniyanın həlledici mərhələsindəyik. Bu mərhələdə səbir və qətiyyət qalibiyyət üçün əsasdır. HƏMAS məhv edilənə, girovlarımız geri qaytarılana və Qəzza İsrail üçün təhlükə mənbəyi olmaqdan çıxanadək dayanmayacağıq,” – deyə Netanyahu əlavə edib.

Aysel Əliyeva
Globalinfo.az