546191 900x611 1

İsrail ABŞ-ı İrana qarşı genişmiqyaslı hücumları bərpa etməyə inandırmağa çalışır.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.

“İsrailin hərbi hədəfləri ABŞ-ın məqsədlərindən getdikcə daha çox fərqlənir. Ona görə də Baş nazir Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampı İranın silah proqramlarını daha da zəiflətmək və ölkənin bərpa səylərini ləngitmək məqsədilə genişmiqyaslı hücumları yenidən başlamağa razı salmağa çalışıb”, – deyə bildirilib.

WSJ yazır ki, İsrail kəşfiyyatı ABŞ-a İranın uranın zənginləşdirilməsi üçün istifadə olunan sentrifuqaları Natanz yaxınlığındakı Kirka dağı altındakı yeraltı tunellərə köçürdüyü barədə məlumat ötürüb:

“Həmin tunellərin dərinliyi təxminən 140 metrə çatır”.

Nəşrin məlumatına görə, İsrail rəhbərliyi hesab edir ki, bu kəşfiyyat məlumatı Vaşinqtonun İrana münasibətdə atacağı növbəti addımlara təsir göstərə və ABŞ-ı daha güclü yeni zərbələr endirməyə sövq edə bilər.

Bundan əvvəl xəbər verilmişdi ki, Donald Tramp İranla müharibə məsələsində həlledici seçim qarşısındadır və münaqişəni başa çatdırmaq üçün cəmi iki variantı nəzərdən keçirir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: