“Hizbullah”la genişmiqyaslı müharibə qaçılmazdır”.
Globalinfo.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu silahlı qüvvələrin rəhbərləri ilə görüşü zamanı deyib.
O, Hizbullahla konfliktin gərginləşməsini yaxın həftə və ya ayda baş verəcəyini proqnozlaşdırıb.
İsrail mətbuatı yazır ki, iclasın iştirakçıları “Hizbullah”a qarşı əməliyyata Livan-İsrail sərhədində yetərli qədər qoşun toplandıqdan sonra başlamaq barədə razılaşıblar.
Əliyar Xəlil
Globalinfo.az