1772308447 1763296327 netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu ölümü ilə bağlı yayılan iddialara cavab verib.

Globalinfo.az xəbər verir ki, o bu barədə “X” hesabında video paylaşıb.

Qəhvə alarkən görüntülənən Baş nazir sosial şəbəkələrdə yayılan və əlində 6 barmaq göründüyü deyilən xəbərlərə istehzalı şəkildə cavab verib:

“Demək istəyirsiniz ki, yaxşıyam, ya ölmüşəm? Qəhvəni və xalqımı çox sevirəm”.

Netanyahu barmaqlarını da sayıb və “buyurun, Gördünüz? Bu həyatdır” – deyə istehzalı şəkildə cavab verib.

Paylaş: