netanyahu 1

İsrailin Baş naziri Benyamin Netanyahu Qətər hökumətini “terrorçuları gizlətməkdə” ittiham edib və bu bəhanə ilə Dohaya endirilən zərbələri “əsaslı” adlandırıb. Onun sözlərinə görə, radikal Fələstin hərəkatı HƏMAS-ın ali rəhbərliyi məhz orada yerləşib.

Globalinfo.az xəbər verir ki, Netanyahu son iki gündə ilk dəfə açıq şəkildə Qətərin adını çəkib. İndiyədək İsrail tərəfinin rəsmi açıqlamalarında sentyabrın 9-da İsrail Hərbi Hava Qüvvələrinin hansı ölkəyə zərbə endirdiyi konkretləşdirilməyib.

“Qətərə və terrorçuları gizlədən bütün ölkələrə bəyan edirəm: ya onları ölkənizdən qovun, ya da ədalət qarşısına çıxarın. Əks halda bunu biz edəcəyik”, – deyə Netanyahu xəbərdarlıq edib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: