İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-ı hədələyib.
Globalinfo.az xəbər verir ki, o, HƏMAS hərəkatını Trampın təklif etdiyi sülh planını qəbul etməyə çağırıb. Əks halda sərt nəticələrlə üzləşəcəkləri barədə xəbərdarlıq edib.
Netanyahunun sözlərinə görə, HƏMAS razılaşmadan imtina edərsə, İsrail Qəzzada işlərə təkbaşına son qoymağa hazırdır.
Baş nazir əlavə edib ki, qarşıda iki yol var:
“Bu, ya asan, ya da çətin yolla başa çatacaq. Biz asan yola üstünlük veririk, amma lazım gələrsə, çətin variantı da seçəcəyik. Əks halda HƏMAS məhv olacaq”.
Tahir Turan
Globalinfo.az