netanyahu 3 900x506 1

“Hizbullah”ın raket və dronları İsrail üçün təhlükə yaradır”.

Globalinfo.az xəbər verir ki, bunu Baş nazir Benyamin Netanyahu deyib.

O bildirib ki, İsrail “Hizbullah”ın raket və dron imkanlarını məhv etmək üçün böyük səy göstərir.

“Əgər biz həmin raketləri məhv etsək, o zaman Hizbullah tərksilah olunacaq. Bu, onların əsas silahıdır. Hazırda “Hizbullah”ın əlində əvvəllər mövcud olan raketlərin təxminən on faizi var”, – deyə Netanyahu vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: