1db2633f 6177 496e 8d2b c37b88b84e7a 33

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin xarici işlər naziri Gideon Saarın “erməni soyqırımının” tanınması ilə bağlı təşəbbüsünü dəstəklədiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Netanyahu bunu keçirdiyi mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən bildirib.

“Mən tanımaqdan çəkinməmişəm və bunu qəti şəkildə dəstəkləyirəm”, – deyə İsrailin Baş naziri vurğulayıb.

Qeyd edək ki, iyunun 26-da ölkənin xarici işlər naziri Gideon Saar bildirib ki, “erməni soyqırımı”nın tanınmasına dair qətnamə layihəsini İsrail hökumətinin təsdiqinə təqdim edəcək. Onun sözlərinə görə, hökumətin təsdiqindən sonra sənəd səsvermə üçün parlamentə çıxarılacaq.

Gözlənilir ki, bu təklif İsrail Nazirlər Kabinetinin iyunun 28-də keçiriləcək həftəlik iclasında müzakirə olunacaq.

“Erməni soyqırımı” ifadəsi Birinci Dünya müharibəsi (1914–1918) illərində Osmanlı imperiyasında erməni əhalisinin kütləvi deportasiyası və qətliamı ilə bağlı istifadə olunur. Ermənistan və bir sıra ölkələr bu hadisələri soyqırımı kimi tanıyır. Türkiyə isə ermənilərin kütləvi şəkildə həlak olduğunu qəbul etsə də, hadisələrin “soyqırımı” kimi qiymətləndirilməsinə etiraz edir və qurbanların sayı ilə bağlı erməni tərəfinin irəli sürdüyü 1,5 milyon rəqəmini qəbul etmir.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: