Netanyahu elan etdi: “Atəşkəs ancaq o zaman olacaq”

“Qəzza zolağında atəşkəsin əldə edilməsinə mane olan tərəf İsrail deyil”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

Baş nazir bildirib ki, girovlar azad edilməyənə kimi atəşkəs olmayacaq:

“Mən beynəlxalq ictimaiyyətə açıq şəkildə bildirdim ki, oğurlanan insanlar  geri qaytarılmadan atəşkəs baş tutmayacaq. İsrail hökumətinin qərarı budur”.

Əliyar Xəlil
Globalinfo.az