Netanyahu cəbhə xəttinə getdi – VİDEO

İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-ın hücumundan ən çox zərər çəkən iki sərhəd icmasına – Beeri və Kfar-Azzaya baş çəkib.

Globalinfo.az “Times of Israel”ə istinadən xəbər verir ki, Netanyahunun 1 000-dən çox insanın ölümü ilə nəticələnən 7 oktyabr hücumundan sonra ilk səfər olub.

İsrail Baş Nazirinin Ofisi Netanyahunun “dəhşətli qətllərin baş verdiyi evlərin xarabalıqları arasında gəzdiyini” bildirib.

Netanyahu “X” sosial şəbəkəsindəki hesabında sərhəddəki qoşunlara baş çəkməsini əks etdirən video yayımlayıb. “Qəzza zolağında, cəbhə xəttində döyüşçülərimizlə. Biz hamımız hazırıq”, – videoda qeyd edilir. Videoda Netanyahu hərbçilərdən növbəti mərhələyə hazır olub-olmadıqlarını soruşur. “Növbəti mərhələ yaxınlaşır”, – Baş nazir deyib.