İntihar edən Nəsib Quliyevlə bağlı açıqlama – YENİLƏNİB

Respublikanın sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyev özünü öldürüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Abşeron rayonu Goradil qəsəbəsində qeydə alınıb.

1951-ci il təvəllüdlü Nəsib Quliyev evində ov tüfəngi ilə özünü güllələyib.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb edilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.

***13:56

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyevin intihar etdiyi deyilir.

Globalinfo.az xəbər verir ki, onun özünü güllələdiyi iddia edilir.

Xatırladaq ki, Nəsib Quliyev 2021-ci ildə Respublikanın baş pediatrı vəzifəsindən azad olunub.

Qeyd edək ki, Nəsib Quliyev 1951-ci ildə Göyçə mahalı Basarkeçər rayonu Aşağı Şorca kəndində anadan olub.1965-ci ildə kənd 8 illik məktəbini,1967-ci ildə isə qızıl medalla Daşkənd kəndi orta məktəbini bitirib. 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

O, K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, 2007-ci ildən Türk Dünyası Pediatriya Birliyinin prezidenti vəzifələrində çalışıb. Səhiyyə Nazirliyinin Pediatriya üzrə baş mütəxəssisidir. 2000-ci ildən əməkdar elm xadimidir. Nəsib Quliyev 500-dən artıq elmi əsərin müəllifidir.

Ailəli idi, 3 övladı var.