Nərimanovdakı yanğında xəsarət alanların son durumu

Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında xəsarət alanların vəziyyəti açıqlanıb.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə APA-nın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.

Yanğından xəsarət alan və Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilən 23 nəfərdən 18-nə ilkin tibbi yardım göstərilib, evə buraxılıb. Qalan 5 nəfərin müalicəsi Mərkəzin Toksikologiya şöbəsində davam etdirilir. Onların vəziyyəti ağır stabil qiymətləndirilir.