2 17

Bu gün metronun “N.Nərimanov” stansiyasında qatarın altına düşərək ölən şəxsin kimliyi müəyyənləşib.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, faciəvi şəkildə ölən şəxs 1968-ci il təvəllüdlü Qulu Rəhim oğlu Məmmədov olub.

Şahidlərin bildirdiyinə görə, həmin şəxs özünü qatarın altına atıb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş: