metro 0 1

Yaşıl və Qırmızı xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub, yubanmalar yoxdur.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

***17:51

Hazırda Bakı metrosunun Yaşıl və Qırmızı xətlərdə intervalda 20 dəqiqəyədək yubanmalar müşahidə olunur.

Bu barədə Globalinfo.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və “Nərimanov” elektrik deposuna yola salınıb. Əvəzinə ehtiyat qatar xəttə buraxılıb. İntervallar qısa müddətdə bərpa olunacaq.

Bənövşəyi xətdə və “Cəfər Cabbarlı-Xətai”, “Həzi Aslanov-Əhmədli” mənzillərində qatarlar qrafik üzrə hərəkət edir.

***17:33

Saat 17:10 radələrində Bakı metrosunun “Nərimanov” stansiyasında qatarda texniki nasazlıq yarandığı üçün köməkçi qatar vasitəsilə xətdən çıxarılır.

Bu barədə Globalinfo.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bu səbəbdən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr var. Sərnişinlərə göstərdikləri anlayış üçün təşəkkür edirik.

X X X

Bu dəqiqələrdə metronun “Nərimanov” stansiyasında problem yaranıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, problem nəticəsində stansiyanın platformasında sıxlıq müşahidə olunur.

Qurumdan məsələ ilə bağlı açıqlama veriləcəyi bildirilib.

1
2

Paylaş: