Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi sabah saat 11-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Mərhum Xalq şairi mərasimdən sonra saat 13-də I Fəxri xiyabanda dəfn ediləcək.
***
Xalq şairi Nəriman Həsənzadə Fəxri xiyabanda dəfn ediləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Mərhum şairlə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə bu gün səhər saatlarında vəfat edib.