neriman hesenzade

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti yaxşıdır.

Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-a şairin yaxınları məlumat veriblər.

Bildirilib ki, Nəriman Həsənzadənin kreatini yüksək imiş, lakin müalicələrdən sonra hər şey qaydasına düşüb:

“Hazırda Mərkəzi Klinik Xəstəxanada müalicə alır. Vəziyyəti çox yaxşıdır. Evə nə zaman buraxılacağını hələ bilmirik”, – deyə yaxınları qeyd ediblər.

***13:14

Xalq şairi Nəriman Həsənzadə Mərkəzi Klinik xəstəxanasına yerləşdirilib.

Globalinfo.az bildirir ki, bu barədə APA-ya Mərkəzi Klinik xəstəxananın baş həkimi Kamran Musayev məlumat verib.

    “Hazırda Nəriman Həsənzadənin vəziyyəti ağır-stabildir, müalicəsi davam etdirirlir”, – o bildirib.

    Paylaş: