95 yaşlı qocaman şair Nəriman Həsənzadənin səhhəti hazırda yaradıcılıqla məşğul olmasına imkan vermir.
Globalinfo.az pravda.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Nəriman Həsənzadə evində müalicə alır:
“Şairin sağlamlıq vəziyyəti qənaətbəxşdir. Bir gün yaxşı olsa da, növbəti gün halsızlıq problemləri olur.
Hazırda evdə müalicəsi davam edir. Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir”.