Londonun ICE birjasında “Brent” markalı xam neftin fyuçerslərinin qiyməti 84 dolları keçib.
Globalinfo.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə birja məlumat yayıb.
Qeyd edilib ki, “Brent” markalı neftin qiyməti 8,18% artaraq bir barel üçün 84,1 dollara çatıb.
Bu da 19 iyul 2024-cü ildən bəri ən yüksək səviyyədir.
Bu arada, “WTI” markalı xam neftin bir barelinin qiyməti 8,48% artaraq 77,27 dollar təşkil edib.