
Səudiyyə Ərəbistanının “Aramco” şirkəti Asiyadakı müştəriləri üçün neftin qiymətini kəskin artırıb.
Globalinfo.az xəbər verir ki, bu məlumatı “Reuters” yayıb.
Buna səbəb kimi Hindistan və Çində neftə tələbatın artması səbəb olub.
Qeyd edək ki, Bayden administrasiyasının son günlərində Rusiyanın “kölgə donanmasına” sanksiyalar tətbiq edilib. Sanksiyalar Rusiyanın neft daşıyan 180-dən çox tankerini əhatə edib. Nəticədə bu tankerlərin dünya üzrə bütün limanlara girişi dayandırılıb. Xüsusilə Çin və Hindistan Rusiya neftindən imtina etmək məcburiyyətində qalıblar. Bu da Moskvanın neft gəlirlərinə kəskin təsir edib. Tramp isə bu sanksiyaların qüvvədə qalacağını açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az