Neftin qiyməti 80 dolları ötdü

Yaxın Şərqdə gərginliyin artması ilə bağlı geosiyasi risklər fonunda neftin bir bareli kəskin bahalaşaraq 80 ABŞ dollarına çatıb.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, bu göstərici ticarət məlumatlarında öz əksini tapıb.

ICE Futures birjasında “Brent” markalı neftin sentyabr fyuçersləri bir barel üçün 2,13 ABŞ dolları (2,71 %) bahalaşaraq 80,76 ABŞ dolları olub.