AA 20260719 42014631 42014626 ISPANYA ARJANTIN 900x600 1

Benin millisinin kapitanı, eyni zamanda “Neftçi”nin futbolçusu Sessi D’Almeyda Lionel Messiyə xüsusi jest edib.

Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

D’Almeyda Argentina millisinin Beninlə keçirdiyi qarşılaşmadan sonra Messi ilə görüşərək ona hədiyyə verib.

Bu addım argentinalı ulduzun milli komandadakı vida matçına həsr olunub.

Qeyd edək ki, Lionel Messi Benin yığmasına qarşı keçirilən oyunda Argentina millisinin heyətində sonuncu matçına çıxıb.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: