“Neftçi” və “Sabah”ın Konfrans Liqasındakı rəqibi bəlli oldu

“Neftçi”nin UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Globalinfo.az xəbər verir ki, “ağ-qaralar” Bosniya və Herseqovina “Jelezniçar”ı ilə qarşılaşacaqlar.

Sözügedən komanda I təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk) klubunu mübarizədən kənarlaşdırıb. Evdə 2:2 hesablı heç-heçə edən “Jelezniçar” UEFA-nın qərarı ilə Belarusda keçirilməyən və Bakıdakı “Azersun Arena”da baş tutan cavab oyununda 2:1 hesablı qələbə qazanıb. Yekunda 4:3 üstün olan Bosniya və Herseqovina klubu mərhələ adlayıb.

“Neftçi” “Jelezniçar”a qarşı ilk oyunu iyulun 27-də səfərdə, cavab matçını avqustun 3-də evdə keçirəcək.

“Sabah” isə Latviyanın RFS komandası ilə üz-üzə gələcək. Latviya təmsilçisi 1-ci təsnifat mərhələsinin cavab görüşündə Şimali Makedoniyanın “Makedoniya” kollektivinə 4:1 hesabı ilə qalib gəlib. Meydan sahibləri ilk görüşdə də rəqibini üstələmişdi – 1:0.

Sabah” ilk matçını iyulun 27-də səfərdə keçirəcək.