“Neftçi” – “Spartak” matçı ləğv olundu – SƏBƏB

“Neftçi” – “Spartak” oyunu “Krokus”da baş verən terror aktı səbəbindən ləğv edilib.

Globalinfo.az xəbər verir ki, matç üçün alınan biletlərin qaytarılacağı bildirilib.

“Neftçi” PFK olaraq baş vermiş hadisəyə görə kədərləndiyini bildirib, başsağlığı verib.

Qeyd edək ki, “Neftçi” – “Spartak” matçı bu gün, saat 18:00-da keçirilməliydi.