“Neftçi”də Sərgən Yalçınla bağlı mühüm gəlişmə

“Neftçi” baş məşqçisi Laurentsiu Regekampfı istefaya göndərib.

Globalinfo.az bildirir ki, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

Müşahidə Şurasının qərarı ilə əsas komandanın çalışdırıcı olan Regekampf, köməkçi məşqçilər – Viorel Dinu, Nikolay Qriqori, fiziki hazırlıq üzrə məşqçi Boqdan-Kornel Merişanu və qapıçılar üzrə məşqçi Florin Tene ilə müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verilib. Yeni baş məşqçi yaxın günlərdə dəqiqləşəcək.

Qeyd edək ki, 2022-ci ilin iyunundan “Neftçi”ni çalışdıran Regekampf 2022/23 mövsümündə “ağ-qaralar”la Premyer Liqanın bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun finalçısı olub. “Neftçi” rumıniyalı mütəxəssisin rəhbərliyi altında 45 rəsmi oyun keçirib. Bu matçlardan 24-ü flaqmanın qələbəsi, 8-i heç-heçə, 13-ü isə məğlubiyyətlə başa çatıb.

Onun yerinə türkiyəli məşhur mütəxəssis Sərgən Yalçının gələcəyi gözlənilir.

“Neftçi” Regekampfı istefaya göndərib