Neftçala rayonunda 71 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Globalinfo.az “Oxu.Az”a istinadla xəbər verir ki, hadisə rayonun Pirəbbə kəndində baş verib.
Kənd sakini, 1954-cü il təvəllüdlü Cabir Eyvazov yaşadığı evin həyətində ehtiyat su çəninə su vurmaq istəyərkən ehtiyatsızlıqdan su motorunun naqilindən elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.