Neftçala 31 il sonra şəhid Yaşar Kərimovla vidalaşdı – FOTOLAR

kerimov yasar

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid Kərimov Yaşar Ələkbər oğlunun Neftçala rayonunun Aşağı Qaramanlı kəndində dəfn mərasimi keçirilib.

Globalinfo.az bildirir ki, mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Azərbaycan Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları, rayon sakinləri, şəhid ailələri, qazilər, media nümayəndələri iştirak edirdilər.

Qeyd edək ki, Yaşar Kərimov 1967-ci ildə Neftçalada anadan olub. 1993-cü ilin iyul ayının 23-də Ağdam rayonu Şelli kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb. Azərbaycan dövləti tərəfindən aparılan araşdırma nəticəsində kimliyi müəyyənləşdirilib və 31 il sonra öz dədə-baba torpağında dəfn edilib.

Məkanı cənnət olsun.

2ca086f4 5ddd 4bcf b18b 737039462b5a 47bbce74 cf11 44e9 a500 c7869ec689d3
95ba2744 45b1 406c b720 99c42004a047 f256baef 5c44 4279 9d24 6f4b43b418f6 badf6fda 0bd8 4c78 a7f2 e9a54643da95 24b1948e 04e6 40e0 bd8b da932a81ee6e a9067ced 9152 4c53 83c4 77f43741b711