Lapid

“İsrail İranın neft yataqlarına zərbə endirib, iqtisadiyyatına ciddi zərbə vurmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri Yazır Lapid deyib.

“Mən ABŞ administrasiyası ilə razı deyiləm. Düşünmürəm ki, bu, neft qiymətlərini əhəmiyyətli dərəcədə artıracaq. İran neftinin ixracı yarıya qədər azalıb və heç bir qlobal iqtisadi böhran yaratmayıb”, – o bildirib.

Lapidin sözlərinə görə, İrana vurulan zərbələrdən sonra böhrandan qaçmaq üçün Səudiyyə Ərəbistanı kimi ərəb ölkələrinə müraciət etmək olar.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: